277
09:45
01 Sentyabr 2019

Havadan ürəyimizə keçən milyardlarla zərərli hissəcik

İnsanların ürəyində çirklənmiş havadan keçən milyardlarla zərərli hissəcik tapılıb.
e-tibb.az-ın xəbərinə görə, İngiltərənin Lancaster Universitetində aparılan tədqiqatlarda ürək xəstəliyi və hava çirkliliyi arasında əlaqə tapılıb. Hesab olunur ki, insanların ürəyində milyardlarla toksik hissəciklər var.
Meksikada həyata keçirilən tədqiqatın nəticələri Ətraf Mühit Araşdırmaları jurnalında nəşr edilib. Təsbit edilən hissəciklərin sayı toxumanın hər qramı üçün 2-22 milyard arasında dəyişir.

Bu, az çirklənmiş yerlərdə yaşayan nəzarətdə olan subyektlərdə olan nəticələrdən 2-10 dəfə çoxdur.
Tədqiqatçılar nəqliyyat və sənaye fəaliyyəti ilə yaranan dəmirlə zəngin bu hissəciklərin çirkli hava və ürək xəstəliyi arasında davamlı statistik əlaqənin əsas səbəbi ola biləcəyinə inanırlar. Alimlər qeyd edirlər ki, çoxlu sayda nanohissəciklər ictimai səhiyyə problemi yarada bilər. Ümumdünya Səhiyyə Təşkilatına görə, dünya əhalisinin 90% -i zəhərli hava udur. Bu baxımdan, təşkilat çirklənməni və bu hissəciklərin sayını azaltmağa çağırıb.

Qeyd olunur ki, üç il əvvəl başqa bir araşdırma zamanı insan beynində də oxşar nanohissəciklər tapılıb, Alzheimer xəstəliyi ilə hava çirkliliyi arasında bir əlaqə olduğu qənaətinə gəlinib.
Bildirilir ki, tədqiqatın nəticələri bütün ölkələr üçün vacibdir, çünki başqa ölkə və ya şəhərlərdə vəziyyətin fərqli olacağını gözləmək üçün heç bir əsas yoxdur.

Yeni araşdırmaya görə, dəmirlə zəngin nanohissəciklərin ürək xəstəliyinə səbəb olması artıq sübutdur. Kiçik hissəciklər insan hüceyrələrinə ciddi şəkildə zərər verir. Dəmirlə zəngin nanohissəciklər ürəyin effektli işləməyi üçün enerji mənbəyi olan mitoxondrilərin içərisində yerləşir.

e-tibb.az