Dağıstanda Azərbaycan dilində dərsliklər çap ediləcək
31 avqust 2019 18:25 (UTC +04:00)

Dağıstanda Azərbaycan dilində dərsliklər çap ediləcək

 
Dağıstan Respublikasında Azərbaycan dilində dərsliklərin çapı üçün proqram işlənilir.
 
Lent.az Rusiya KİV-nə istinadla xəbər verir ki, bu proqram həmin dilin daşıyıcıları üçün tədris ədəbiyyatını hazırlamağa imkan verəcək. 
 
Bu haqda Dağıstanın milli siyasət və dini işlər üzrə naziri Enrik Muslimov bildirib. Nazirin sözlərinə görə, respublikada Azərbaycan dili üzrə dərs vəsaiti çatışmır. 
 
Dağıstanın təhsil və elm nazirliyi ibtidai məktəblər üçün dərslikləri əvəz edən əlyazmalar hazırlayır. 
 
Muslimov qeyd edib ki, Dağıstanda 130 minə yaxın azərbaycanlı yaşayır və bu respublika əhalisinin 4,5 faizini təşkil edir. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 907

Oxşar yazılar