557
13:08
01 Sentyabr 2019

Daha bir vertolyot qəzası: 6 nəfər öldü

Norveçdə vertolyot qəzaya uğrayıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə dünən ölkənin şimalında, Alta şəhəri yaxınlığında baş verib.
Qəzaya uğrayan vertolyot yanıb. Vertolyotun göyərtəsində pilot və 20 yaşlarında 5 sərnişin olub. Pilot və sərnişinlər qəza nəticəsində həyatlarını itirib.
Qəzanın səbəbi araşdırılır.