
Əli Əhmədov: "Bu insanlar ayrı-ayrı dairələrin alətinə çevrilə bilərlər"
Bu gün Yeni Azərbaycan Partiyasında (YAP) Səbail və Xətai rayonlarının ilk partiya təşkilatlarının sədrləri ilə müşavirə keçirilib.
APA-nın məlumatına görə, müşavirədə YAP sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, YAP üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, YAP-ın 750 minə yaxın üzvü var, bu qədər say statistika deyil, bunun arxasında Heydər Əliyev siyasətinə hörmət və inam dayanır: “Azərbaycanda heç zaman bir təşkilatın sırasında bu qədər üzv olmayıb. Bundan sonra da partiyanın işini gücləndirmək istiqamətində çalışacağıq. Azərbaycan müxalifəti hökumətə qarşı kampaniya aparır. Müxalifətin yeni qanadı- mühacir müxalifəti yaranıb. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ölkədə siyasi proseslərdə iştirak niyyətini ortaya qoyan siyasi fəallar Azərbaycanda deyil, kənarda fəaliyyət göstərirlər. Onların siyasi fəaliyyətlə əlaqədar davranışları ciddi şəkildə suallar doğurur. Xoşagəlməz hal ondan ibarətdir ki, bu qrup insanlar ayrı-ayrı dairələrin alətinə çevrilə bilərlər. Belə bir təhlükə mövcuddur. Müxtəlif dövrlərdə müxtəlif ölkələrdə siyasi mühacirlər həmin ölkələr üçün ciddi problemlər yaradıblar. Azərbaycan ictimaiyyəti onların xoşagəlməz hərəkətlərinə öz münasibətini bildirməlidirlər”.
Baş nazirin müavini qeyd edib ki, son zamanlar müasir texnologiyalardan istifadə edərək Azərbaycan reallıqlarına kölgə salır, şər-böhtan səsləndirirlər. O, YAP üzvlərinə müraciət edərək deyib ki, yalan üzərində qurulan təbliğata qarşı addımlar atmalı, öz fikirlərini bildirməlidirlər.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48