Kərim Elçin Əlibəylini <span style="color:red;">BİABIR ETDİ
30 avqust 2019 13:52 (UTC +04:00)

Kərim Elçin Əlibəylini BİABIR ETDİ

Müğənni Kərim Abbasov küsülü olduğu aparıcı Elçin Əlibəyli barəsində qalmaqallı status paylaşıb. Lent.az-ın məlumatına görə, Kərim müğənni Maral Tahirqızından üzr istəyən E.Əlibəylini tənqid edib:

 “İnsana deyərlər ki, bir qələti edə bilmirsənsə, etmə. Reytinqə görə kimisə vurmaq sənin çoxdankı adətindir. Yadından çıxmayıbsa, məni də köhnə dostunla elə vurmuşdun. Həmin çəkilişlər məndə var. Çox bədbəxt, xain insansan, adamı belə sındırarlar. Nanənin (Nanə Ağamalıyeva – red.) ad günündə “Sarı gəlin”i erməni dilində oxumuşdun. Sonra da dedin ki, erməni mahnısıdır. Bu millətin çörəyi sənin burnundan gəlsin. Bir həftə sonra səni ATV kanalından bayıra atdılar. ATV-də oyunlar çıxarırdın, özünü alim dərəcəsində göstərməyə çalışan insan, bəlkə insanlıq dərəcəsini oxuyub, alim olasan? Yadına gəlir mənimlə prodüser kimi işləmək istəyirdin? Mənə şərt qoydun ki, ya Təranə (Təranə Səmədova – red.), ya da mən. Mən Təranəni seçdim, onda sənin niyyətini anlamışdım. Çox heyif ki, göründüyün kimi deyilsən. Səndən cavab gözləyirəm. Sonra isə bütün respublika biləcək ki, kimsən. Etdiyin yaxşılıqlardır, qarşına çıxır. Yetimin Allahı yoxdur? Lalə Məmmədovadan da üzr istə. Ona görə ki, sən girən kol deyil. Sənin haqda kitab yazmaq olar, ağıllı ol...”.

 

 

# 2148
avatar

Yalçın UĞUR

Oxşar yazılar