Kür çayındakı hazırkı vəziyyət <span style="color:red;">AÇIQLANDI
30 avqust 2019 11:33 (UTC +04:00)

Kür çayındakı hazırkı vəziyyət AÇIQLANDI

Avqustun 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub.
 
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 73 sm qeydə alınıb. 2018-ci il avqustun 30-da isə bu rəqəm 183 sm təşkil edib. Salyanda suyun səviyyəsi 1 sm artıb və 101 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 113 sm qeydə alınıb.
 
Bankə məntəqəsində suyun səviyyəsi 9 sm artaraq 167 sm olub və bu göstərici 2018-ci il avqustun 30-da 172 sm qeydə alınıb.
 
Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 330 sm təşkil edib. Bu rəqəm 2018-ci il avqustun 30-da isə 329 sm olub.
 
Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 sm azalaraq 34 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il avqustun 30-da isə 50 sm təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1058

Oxşar yazılar