
"Bunu sırf sosial problemlərlə bağlamaq düzgün deyil": Gündüz İsmayılov
"Azərbaycanda radikal dini qruplaşmaya qoşulmaq prosesində sosial-iqtisadi problemlərin də rolu var. Amma bunu sırf sosial problemlərlə bağlamaq düzgün deyil. Bu, yalnız sosial məsələ deyil".
APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib. Onun sözlərinə görə, görülən işlər nəticəsində dini radikalizmə meyl edənlərin sayı son 5 ildə əhəmiyyətli dərəcədə azalıb: "Biz bu gün həmin qruplaşmaların iqtisadi dayaqlarını ləğv etməyə çalışırıq. Bu gün qətiyyətlə deyə bilərəm ki, həmin radikal qrupların dinamikası həddindən artıq zəifləyib. Burada iqtisadi dayaqların ləğv edilməsi amili ilə yanaşı, Suriya məsələsinin həll olunmasının müəyyən təsiri olub. Bir müddət əvvəl bizə belə bir müraciət daxil oldu ki, bir rayondan bu qrupa qoşulanların sayı təxminən 700 civarındadır. Biz məsələni araşdırdıq və həmin qrupa qoşulmağa təsir edən amilləri aradan qaldırdıq. Bu gün onların sayı 70 nəfəri keçmir. Azərbaycanda insanların rifah halı yüksəldikcə bu tendensiya azalır. Bu məsələni təkcə işsizliklə əlaqələndirmək olmaz. Çünki Suriyaya gedənlərin heç də hamısı işsiz deyildi. Dini radikalizmə qoşulanların sayının azalmasının bir səbəbi də hüquq-mühafizə orqanlarının fəaliyyətinin nəticəsidir. DİN, Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə ardıcıl fəaliyyəti nəticəsində bu tendensiya getdikcə azalmağa doğru gedir".
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20
Bu yerlərə leysan yağacaq
15 iyul 2025 , 14:56