198
09:58
29 Avqust 2019

Azərbaycan bəstəkarının əsəri Moskva Konservatoriyasında səsləndiriləcək

Sentyabrın 29-da P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Kiçik zalında P.İ.Yurqenson Fondunun yaradıcısı Boris Yurqensonun (1949-2015) yubileyinə həsr edilmiş konsert proqramı təqdim ediləcək.

Mədəniyyət Nazirliyindən Lent.az -a verilən məlumata görə, konsertin proqramına bəstəkar, Azərbaycanın Xalq artisti, professor Fərəc Qarayevin də əsəri daxil edilib.

Konsertdə professor Fərəc Qarayevin fortepiano, klarnet və simli kvartet üçün “Postlüdiya – VIII” əsəri səsləndiriləcək. Əsər “Yeni musiqi studiyası” ansamblı tərəfindən ifa ediləcək. Konsert barədə məlumat, həmçinin Moskva Dövlət Konservatoriyasının saytında yer alıb.