
FHN-in İdman Sağlamlıq Mərkəzində çempion yanğınsöndürənlərlə görüş keçirilib
Aavqustun 28-də Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin beynəlxalq yarışlarda uğur qazanan əməkdaşları ilə görüş keçirilib.
Lent.az məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları - Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon N saylı bölməsinin yanğınsöndürəni kiçik çavuş Əşrəf Bayramovu və DYMX Binəqədi rayon hissəsinin yanğınsöndürəni çavuş Toğrul Mikayılovu əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, Əşrəf Bayramov oktyabrın 26-da İtalyanın Karrara şəhərində keçirilmiş MMA döyüş növləri üzrə Dünya çempionatında gümüş medal qazanıb. Bundan əlavə, idmançımız 2019-cu il iyulun 20-də Gürcüstanın Batumi şəhərində keçirilmiş MMA üzrə professional döyüşdə 56 kq çəki dərəcəsində çıxış edib və erməni idmançıya qalib gələrək çempion olub. Aprel döyüşlərinin iştirakçısı olmuş, DYMX Binəqədi rayon hissəsinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov isə avqustun 23-25-də Rumıniyada keçirilən Kung-fu Sanda üzrə Dünya Çempionatında 60 kq çəki dərəcəsində mübarizə apararaq qızıl medalın sahibi olub.
Oxşar yazılar

Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04
Sabah iki rayonun qazı kəsiləcək
2 iyul 2025 , 15:50
Sabah çimərliklərdə hava küləkli olacaq - XƏBƏRDARLIQ
2 iyul 2025 , 14:19
Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
2 iyul 2025 , 14:04
“Polis Günü” ilə bağlı təntənəli tədbir keçirildi -FOTOLENT -VİDEO
2 iyul 2025 , 12:54
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq - Sabahın HAVASI
2 iyul 2025 , 12:29