İranda imam-cüməni öldürən edam olundu
28 avqust 2019 14:14 (UTC +04:00)

İranda imam-cüməni öldürən edam olundu

İranın Kazerun şəhərinin imam-cüməsini öldürən Həmidrza Derəxşəndə bu gün edam olunub. 
 
APA-nın Tehran bürosunun məlumatına görə, edam hökmü Fars əyalətinin Kazerun şəhərində insanların gözü qarşısında baş verib. 
 
Qeyd edək ki, 40 yaşlı ruhani Məhəmməd Xorsənd mayın 29-da evinin qarşısında hücuma məruz qalıb. M.Xorsənd aldığı bıçaq xəsarətlərindən həyatını itirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar