
Gürcüstan prezidenti Rusiya ilə dialoqun şərtlərini açıqladı
"Rusiyanın mövqeyindəki dəyişiklik Tiflislə Moskva arasında dialoqun yenidən başlaması üçün əsas ola bilər, yalnız bu halda Gürcüstan Rusiya ilə təmaslara hazır olacaq".
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili “Euronews”a müsahibəsində deyib.
"Rusiya ilə hər hansı bir əlaqə qurmaq, bu əlaqələri bərpa etmək üçün bizim kimi kiçik qonşu ilə münasibətdə Rusiyanın mövqeyində dəyişikliyin olduğunu görməliyik. Rusiya münasibətlərin məcburiyyət üzərində qurulmayacağını qəbul etməlidir. Bu istiqamətdə açıq şəkildə siqnalları görəndə əminəm ki, gələcəkdə dialoqa hazır olacağıq ", Gürcüstan prezidenti bildirib.
Zurabişvili 2008-ci ildən Rusiya və Gürcüstan arasında diplomatik əlaqələrin olmadığını xatırladıb.
Oxşar yazılar

Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14
Mask ən qabaqcıl süni intellektini təqdim etdi
10 iyul 2025 , 21:14Oğurlanmış uşaqlıq: Kiyevdə valideynləri evlərinin dağıntılarını təmizlədi, uşaq oturacaqda yatdı
10 iyul 2025 , 19:46