2005
19:42
27 Avqust 2019

Rasim Balayevin "meymun" sözünə görə efirdə MÜBAHİSƏ DÜŞDÜ

Prodüser Tolik ( Tarix Əliyev ) Xalq artisti Rasim Balayevin “Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar” fikrinə münasibət bildirib.

Lent.az -ın məlumatımna görə, o, “Hər şey daxil” verilişində bildirib ki, xalq artisti aktyorları tənqid etməklə səhv edib. Bu zaman meyxanaçı Aqşin Fateh prodüserin sözlərinə qarşı çıxıb: “Rasim Balayev bu millətin ağrı-acısı ilə tanış olan insandır. Onun o sözü deməyə haqqı çatır”.

Tolik isə ona bu cür cavab verib:

“Sənətkar olar, deyər ki, Tolik meymunluq edir, ona elə cavab verərəm ki, yeddi qatından keçər. Şəxsiyyəti təhqir etmək olmaz. Kinoya çəkilmisiniz, tarixə düşmüsünüz. Aqşin, sən düzgün danışmırsan. Heç kimin ixtiyarı yoxdur ki, kiməsə meymun desin. Rasim Balayev gəlsin, kino çəksin, görüm baxmağa gedəcəklər. Camaatın filminə şit niyə deyirsən? “Xəzər” TV ildə 2-3 film çəkir, ona 100 min bilet satılır. Aktyorlara klounluq edir demə, meyxanaçılar var ki, nəşə çəkib, dombalaq aşırlar. Sən deyən filmlərə insanlar ailəsi ilə gedir baxır. Sən Azərbaycan xalqını çəkdiyin kliplərlə formalaşdıra bilmərsən. Sənətkar müğənnilər çıxır deyir ki, cavanlar pozğundur. Siz 40 ildi kişi üstündə dava etmisiniz. Bunu uşaqlar yox, biz bilirik. Sənin kişin vaxtında filan müğənnini toydan götürüb aparıb, oturub. İndi də durub abırdan, namazdan danışırlar”.