
Şamaxı Rəsədxanasında "IV Kosmos Yay festivalı" - FOTOLENT
Avqustun 24-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) "IV Kosmos Yay festivalı" keçirilib. Düşərgə şəraitində təşkil olunan festivala 50 nəfər kosmos həvəskarı qatılıb.
ŞAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Salehlinin Lent.az-a verdiyi məlumata görə, Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium, Astronomiya klubu, GEO klub və Kosmologiyanın birgə təşkilatçılığı ilə reallaşdırılan təşəbbüsün məqsədi, iştirakçıların kosmos haqqında nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi olub.
Festival iştirakçılarını ŞAR-ın “Planetlər və kiçik səma cismləri” şöbəsinin müdiri, f.f.d Ədalət Ətayi qarşılayaraq onları rəsədxananın muzeyi ilə tanış edib və muzeydəki eksponatlar haqqında ətraflı məlumat verib.
Muzeylə tanışlıqdan sonra iştirakçılar, müəyyən edilmiş düşərgə ərazisinə aparılaraq onlar üçün nəzərdə tutulmuş çadırlarda yerləşdirilib.
Sonra kamp ərazisindən meşəyə yürüş təşkil edilib. Təbiət gəzintisindən sonra iştirakçılar ŞAR-ın konfrans zalına yollanıb. Konfransda f.f.d Ədalət Ətayi Astronomiya elmi - kosmos haqqında maraqlı məruzə ilə çıxış edib. Böyük marağa səbəb olan məruzənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıb.
Konfransın ardınca ŞAR-ın 2 m-lik teleskopunun binasına aparılan festival iştirakçılarına burada ŞAR-ın əməkdaşı, a.f.d. Orxan Xəlilov tərəfindən teleskopun tarixi, onun iş prinsipi, teleskopda aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə geniş məlumat verilib.
Daha sonra ŞAR-ın elmi işçisi Səbahəddin Alışovun müşaiyətilə düşərgə iştirakçıları rəsədxananın 70 santimetrlik teleskopunda gecə müşahidəsində olublar.
Teleskopla planetlərin müşahidəsindən sonra kamp ərazisinə qayıdan festival iştirakçıları ilə müxtəlif əyləncəli oyunlar təşkil edilib. Tonqalın ətrafında canlı musiqi dinlənilib, geniş elmi müzakirələr aparılıb.
Sonda festival iştirakçıları, onlar üçün yaradılan şəraitə görə Şamaxı Astrofizika Rəsədxanasının direktoru, müxbir üzv Namiq Cəlilova öz təşəkkürünü bildirib.
Oxşar yazılar
Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04
Sabah iki rayonun qazı kəsiləcək
2 iyul 2025 , 15:50
Sabah çimərliklərdə hava küləkli olacaq - XƏBƏRDARLIQ
2 iyul 2025 , 14:19
Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
2 iyul 2025 , 14:04
“Polis Günü” ilə bağlı təntənəli tədbir keçirildi -FOTOLENT -VİDEO
2 iyul 2025 , 12:54