
"Zaman Azərbaycanın əleyhinə işləyir": Qırğız hüquqşünas
ADA Universitetində qırğızıstanlı hüquqşünas və hüquq elmləri namizədi, Qırğızıstanın Mərkəzi Seçki Komissiyasının üzvü Kayrat Osmonəliyevin Dağlıq Qarabağ münaqişəsinin hüquqi və siyasi aspektlərinə həsr olunmuş elmi işinin təqdimatı baş tutub.
APA-nın xəbərinə görə, K. Osmonaliyev bildirib ki, separatizm mövzusu indiki dövrdə çox aktualdır. Onun sözlərinə görə, hazırda Ermənistan bu münaqişəni yaradan tərəf olmasına baxmayaraq, özü belə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır, çünki bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Hüquqşünas deyib ki, Dağlıq Qarabağ münaqişəsində zərərçəkmiş tərəf Azərbaycandır. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Cenevrə konvensiyası pozulub: "Cenevrə konvensiyasına əsasən, müharibə zamanı işğal olunmuş ərazilərdə etnik təmizləmə aparılmamalıdır, orada yaşayan insanların mülkləri dağıdılmamalıdır. Lakin Ermənistan tərəfi Cenevrə konvensiyasını kobud şəkildə pozub. Dağlıq Qarabağın işğalı nəticəsində Azərbaycana 60 milyard ABŞ dollarından çox ziyan vurulub".
O deyib ki, ATƏT-in Minsk Qrupunun 25 ildir fəaliyyət göstərməsinə baxmayaraq, münaqişənin həllində irəliləyişlərə nail olunmayıb: "Görürük ki, həmsədrlər Madrid prinsiplərindən bir az kənarlaşıblar. Zaman isə Azərbaycanın əleyhinə işləyir".
Onun sözlərinə görə, status-kvo Ermənistan tərəfini qane edir və zaman onların lehinə işləyir.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Kayrat Osmonəliyevə elmi işini başa çatdırması ilə bağlı sertifikat təqdim edib.
Tədbirdə Qırğızıstan, Türkmənistan səfirliklərinin, Azərbaycan XİN-nin nümayəndələri, KİV iştirak ediblər.
Oxşar yazılar

Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14
Mask ən qabaqcıl süni intellektini təqdim etdi
10 iyul 2025 , 21:14Oğurlanmış uşaqlıq: Kiyevdə valideynləri evlərinin dağıntılarını təmizlədi, uşaq oturacaqda yatdı
10 iyul 2025 , 19:46