"Google" Honkonq görüntülərini yayan 210 kanalı "YouTube"dan silib
23 avqust 2019 03:37 (UTC +04:00)

"Google" Honkonq görüntülərini yayan 210 kanalı "YouTube"dan silib

 

ABŞ-ın “Google” şirkəti “YouTube” videoportalından Honkonqdakı etiraz aksiyalarını görüntüləyən 210 kanalı silib.

APA xəbər verir ki, bu barədə şirkətin rəsmi səhifəsində məlumat yer alıb.

“Bu həftə ərzində əlaqələndirilmiş təsir əməliyyatlarının bir hissəsi kimi 210 "YouTube" kanalını ləğv etmişik. Müəyyən olunub ki, onlar Honkonqda davam edən etirazlarla əlaqəli videolar göndərərək şəbəkə daxilində yayırlar”, - “Google” şirkətinin təhlükələrin analizi qrupunun rəhbəri Şeyna Hantli belə deyib.

Onun sözlərinə görə, silinmiş kanalların sahibləri xüsusi üsullardan, eləcə də VPN servislərdən istifadə etməklə öz məkanlarını gizlədirmişlər.

# 909
avatar

Oxşar yazılar