
XİN: "Ermənistan etiraf edir ki..."
Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistan KİV-in yaydığı məlumatlarla əlaqədar yaranmış suallara münasibət bildirib.
APA xəbər verir ki, Ermənistan hökuməti avqustun 22-də "tanınmamış Qarabağda seçkiləri izləmək üçün ilk dəfə olaraq xarici QHT-lərə vəsait ayırıb", üstəlik bu, həmin ölkənin KİV-i tərəfindən "görünməmiş bir qərar" kimi qələmə verilib.
Buna münasibət bildirən L.Abdullayeva ilk öncə onu xatırladıb ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan ilk dəfə deyil ki, bu ərazilərdə"seçkilər" və ya "referendum" adlandırdığı müxtəlif tamaşalar keçirir: “Onların nəticələrinə görə, beynəlxalq ictimaiyyət yekdilliklə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək, qanunsuz rejimin, eləcə də onun tərəfindən keçirilən hər hansı bir "seçkilər"in tanınmaması ilə bağlı prinsipial mövqeyini daim bəyan edir.
Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilər”in izlənməsi üçün vəsait ayıran Ermənistan hökuməti bir daha ölkəmizin Dağlıq Qarabağ bölgəsinə və ona bitişik inzibati rayonlarına nəzarəti həyata keçirdiyini etiraf etmiş olur və bununla da 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarın müvafiq müddəalarının doğru olduğunu təsdiqləyir”.
Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "yerli idarəetmə orqanlarına seçkilər"i demokratiyanın göstəricisi kimi təqdim etmək cəhdləri heç bir məntiqə sığmır: “Dünya birliyi azərbaycanlı əhalinin kütləvi qırğınlarını, etnik təmizlənməsini və yüz minlərlə məcburi köçkünün təməl hüquqlarının pozulmasını pisləyir. Bütün bu beynəlxalq deliktlərə görə cavabdehlik daşıyan Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz.
Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə "demokratiya ixracı"nın yalançı görüntüsünü yaratmaq üçün boş yerə cəhdlər etmək əvəzinə, öz vətəndaşlarının aktual problemləri barədə düşünməlidir. Bundan əlavə, bu ölkənin hərəkətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin irəliləməsi məntiqinə zidd olmamalı və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı əsasında yaranmış status-kvo vəziyyətinin qorunub saxlanılmasına xidmət etməməlidir”.
Oxşar yazılar

Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59