
İki oyunçu yığmamızın heyətindən kənarlaşdırıldı
Qadın voleybolçular arasında Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
APA-nın məlumatına görə, yığmanın italiyalı baş məşqçisi Covanni Kaprara Avropa çempionatında daha iki oyunçunun köməyinə ehtiyac duymayıb.
O, son anda hücumçu Anastasiya Qurbanova və blokçu Kseniya Pavlenkonu komandadan kənarlaşdırıb. Təcrübəli mütəxəssis yekunda 14 deyil, 12 oyunçu sifariş etməyi məqsədəuyğun sayıb.
Azərbaycan millisinin heyəti
Toppaylayıcılar: 2. Yana Əzimova, 14. Kristsina Yaqubova, 18. Şəfaqət Alışanova
Blokçular: 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 22. Mariya Kirilyuk
Hücumçular: 5. Odina Əliyeva, 8. Yelizaveta Səmədova, 9. Anastasiya Bessonova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova
Libero: 19. Bəyaz Əliyeva
Qeyd edək ki, Azərbaycan millisi avqustun 23-də başlayacaq Avropa çempionatında C qrupunda yer alıb. Voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya ilə üz-üzə gələcəklər. Qrupun oyunları Budapeştdə keçiriləcək.
Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
14 iyul 2025 , 01:26