
Mübahisənin qarşısını alan “ağıllı” küçə fənərləri təqdim edildi
"Sapphire Now and ASUS" illik konfransında "Signifiy BrightSites" şirkətinin istehsalı olan küçə fənərləri təqdim edilib.
Lent.az "ictnews"a istinadla xəbər verir ki, GPS texnologiyasından istifadə edən və vahid şəbəkəyə qoşulan fənərlər hava və havanın çirklənməsi haqqında məlumatları toplayır. Sözügedən fənərlərə quraşdırılmış 4G və 5G şəbəkələrinin SIM-kartları vasitəsilə məlumatlar "bulud" saxlanc sisteminə ötürülür.
"Gartner" analitik şirkətinin versiyasına görə, "ağıllı" fənərlər "ağıllı" şəhərlər üzrə texnoloji trendlərin top onluğuna daxildir. "Signify" şirkətinin fənərləri şəhər sakinlərinin təhlükəsizlik və rahatlığının yüksəldilməsi üçün nəzərdə tutulmuş "SmartPole" texnologiyasından istifadə edir.
Sütunlara bərkidilmiş sensorlar kompleksi insanların orda olmasına reaksiya verir: "Wi-Fi" paylanır, işıq diodu işıqlandırması qoşulur, onun parlaqlığı günün vaxtından və şəraitdən asılı olaraq tənzimlənir. Fənərin yaxınlığında mübahisə baş verdikdə işıqlandırma daha parlaq olur, sanki xəbərdarlıq siqnalı ötürür.
Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi
18 iyul 2025 , 05:38
"Uber" pilotsuz taksilərə keçir
18 iyul 2025 , 03:23