29 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib - RƏSMİ
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Bu mövsüm günvurmalarla bağlı təcili tibbi yardıma 29 müraciət daxil olub. 
	Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, onlardan 18 nəfəri hospitalizasiya edilib, 11 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 12-si qadın, 14-ü kişi, 3-ü uşaq olub. 
	Qeyd edək ki, bu il havaların sərin keçməsi ilə əlaqədar müraciətlərin sayı ötən illə müqayisədə azdır.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0