270
18:14
20 Avqust 2019

Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək

Sevilən müğənni Yaqub Zurufçu Bakıda solo-konsert proqramı ilə çıxış edəcək.

Sənətçinin Lent.az -a verdiyi məlumata görə, konsert oktyabrın 12-də Heydər Əliyev Sarayında baş tutacaq.

Sevənləri ilə görüşə hazırlaşan Yaqub Zurufçu hisslərini belə bölüşüb: “Dəyərli soydaşlarım, doğmalarım! Mənə qarşı göstərdiyiniz diqqət və sevgi üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Görünür siz də mənim kimi bu konsert üçün darıxmısınız. Bunca diqqətdən ilhamlanaraq konsert verməyi qərarlaşdırdıq. Oktyabrın 12-si həvəslə sizinlə görüşə gələcəyəm”.

Qeydev edək ki, konsertin informasiya dəstəyiNews24.az, APA , Trend, Day.azvəMilli.az-a məxsusdur.