
“Qarabağ”la qarşıdakı oyunda daha yaxşı olmalıyıq " - “Linfild”in baş məşqçisi
“Son turda aldığımız məğlubiyyəti həzm edirəm. Amma futbolçularımı sərt tənqid edə bilmərəm”.
APA-nın məlumatına görə, bu sözləri Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi David Hili deyib.
Böyük Britaniya mətbuatına açıqlama verən mütəxəssis ölkə çempionatının “Kolreyn”lə görüşündəki 2:4 hesablı məğlubiyyət, həmçinin Avropa Liqasının “Qarabağ”la pley-off matçları barədə fikirlərini bölüşüb: “Hətta futbolçular son qarşılaşmada istədiyimiz kimi çıxış etməsə də, onlara irad bildirmərəm. Çünki onlar bu mövsüm məni həddən artıq çox sevindirib. Xüsusilə də Avropa miqyasındakı çıxışları çox yaxşı alınıb”.
D.Hili bildirib ki, avrokubokda güvəndiyi heyətdə ciddi dəyişikliklər də edib: “Sutyeska” ilə görüşdə iştirak edən heyətdən beş futbolçu “Kolreyn”ə qarşı oynamırdı. Buna baxmayaraq, deməzdim ki, heyət zəifləmiş idi. Lakin təəssüf ki, hesabı 2:3-ə qədər gətirdikdən sonra daha bir səhv nəticəsində qol buraxdıq. Biz “Qarabağ”la qarşıdakı oyunda daha yaxşı olmalıyıq və olacağıq da. Həmin matçın miqyası, çəkisi daha yüksəkdir. Bu, bizim üçün əla avrokubok mövsümüdür. Amma biz gözümüzü ölkə çempionatındakı yağ-çörəkdən də çəkə bilmərik”.
Qeyd edək ki, “Linfild”lə “Qarabağ” arasında oyunlar avqustun 22-də və 29-da keçiriləcək.
Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19
Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54