Dəhşətli istilər bu tarixədək davam edəcək
19 avqust 2019 15:11 (UTC +04:00)

Dəhşətli istilər bu tarixədək davam edəcək

 Azərbaycanda yaxın günlərdə isti hava şəraiti davam edəcək, mülayim şərq küləyi əsəcək, temperatur tədricən daha da yüksələcək.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu günorta saatlarında 34-38 dərəcəyə qədər yüksələcək: “Aran rayonlarında, Naxçıvan Muxtar Respublikası ərazisində 35-38, bəzi günlərdə 40-42 dərəcə isti gözlənilir”.

A.Verdiyev ölkə ərazisində yüksək temperaturun avqustun 25-dək davam edəcəyinin gözlənildiyini deyib.   

 

 

 

 

# 28887
avatar

Oxşar yazılar