Bakının bu yollarında təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılır
19 avqust 2019 13:11 (UTC +04:00)

Bakının bu yollarında təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılır

Bakı şəhəri, Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçələrində yol tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən sözügedən küçələrdə hərəkət məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentlyindən Lent.az-a verilən məlumata görə, tikinti işləri 1 həftə müddətinə qədər davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

# 463
avatar

Aygün İbrahimli

Oxşar yazılar