Azərbaycanda vəzifəli şəxs 3 min manat cərimələndi - <span style="color:red;">SƏBƏB
19 avqust 2019 11:44 (UTC +04:00)

Azərbaycanda vəzifəli şəxs 3 min manat cərimələndi - SƏBƏB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Novxanı çimərliyi ərazisində keçirilən reyd zamanı Sumqayıt-Novxanı bağlar massivində formalaşan tullantı sularının birbaşa dənizə axıdıldığı və mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi müəyyən ediblər.

Nazirlikdən Lent.az-a bildirilib ki, faktla bağlı “Azərsu”nun Bağlar su-kanal idarəsinin əraziyə cavabdeh şəxsi Məzahir Dərgahov barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində 3000 manat cərimə edilib.

Tullantı sularının dənizə axıdılmasının qarşısını almaq və çirkab suların kanalizasiya şəbəkəsinə yönəldilməsini təmin etmək məqsədilə Bağlar su-kanal idarəsinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

 

 

 

 

# 1034
avatar

Aygün İbrahimli

Oxşar yazılar