Rusiyaya nə qədər meyvə-tərəvəz aparmağa icazə veriləcək? - YENİ QAYDALAR
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Bu gündən Rusiyanın bir neçə gömrük keçid məntəqəsində yeni fitosanitar nəzarət qüvvəyə minir. 
	Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, nəzarət olunacaq keçid məntəqələrindən biri də Azərbaycanın Dağıstanla sərhədindəki Yaraq - Qazmalar  keçididir.
	Yeni qaydalara görə, hər bir şəxs sərhəddən 5 kiloqramdan çox meyvə, tərəvəz, toxum keçirə bilməz. Bunun üçün fitosanitar sertifikat tələb ediləcək. Bu tip sertifikat Rusiya ərazisinə gül keçirilməsinə də tətbiq olunacaq. Yeni qaydaya görə, hər bir şəxsə 3 buketdən artıq gül keçirmək qadağandır.
	Qaydalar ananas, əncir, quava, avokado, manqo, pomidor, kələm,  xiyar, yerkökü, kartof kimi meyvə və tərəvəzlərə də aid ediləcək.
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0