Azərbaycanda binanın eyvanı uçdu: <span style="color:red;">1 nəfər yaralanıb  - FOTO
18 avqust 2019 14:02 (UTC +04:00)

Azərbaycanda binanın eyvanı uçdu: 1 nəfər yaralanıb - FOTO

Bu gün Şirvan şəhəri, Nərimanov 9, mənzil 19 ünvanında yerləşən dördmərtəbəli binanın üçüncü mərtəbəsində eyvan uçub.

APA-nın yerli bürosunun məlumatına görə, eyvanın üzərində olan 1954-cü il təvəllüdlü Şirinova Lətifə Rəsul qızı uçqunun altında qalıb.

Hadisə nəticəsində L. Şirinova sınıq xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır. .

 

L. Şirinovanın qızı, 1983-cü il təvəllüdlü  Şirinova Yeganə Əkbər qızı Şirvan şəhər Yanğından Mühafizə Xidməti tərəfindən xilas edilib.

# 591
avatar

Oxşar yazılar