Yığmamızın futbolçusu Almaniyada cəza aldı
17 avqust 2019 19:22 (UTC +04:00)

Yığmamızın futbolçusu Almaniyada cəza aldı

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, təcrübəli yarımmüdafiəçi II Bundesliqanın üçüncü turunun iştirakçısı olub.

Onun şərəfini qoruduğu “Aue” səfərdə “Arminiya” ilə görüşüb. Meydan sahibləri bu görüşdə 3:1 hesabı ilə qalib gəliblər.

90 dəqiqə meydanda olan D.Nazarov sarı vərəqə ilə cəzalanıb. Bu, “Aue”nin mövsümdə ilk məğlubiyyəti olub.

Üç oyundan sonra 6 xala malik komanda 4-cü pillədə qərarlaşıb.

# 765
avatar

Oxşar yazılar