
Qırmızı bibər konservini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
"Lent.az -ın mətbəxi" layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Xeyale Xalilova” adı ilə məşhur olan səhifəyə istinadla qırmızı bibər konervasının resepti ilə tanış edəcəyik.
Tərkibi:
5 kq qırmızı bibər, 2-4 dəstə (zövqə görə) kərəviz (yarpaqları), 10 dişdən 300 qr-a qədər sarımsaq (zövqə görə), 600 ml-dən 1 litrə qədər (zövqə görə) duru yağ, Üzüm sirkəsi 300 və ya 500 ml (zövqə görə), qara yumru istiot , duz 2 x/q dolu, şəkər tozu 1x/q dolu, dəfnə yarpağı 3-4 ədəd, 1.2 litir su.
Hazırlanma qaydası:
Bibərləri yuyub təmizləyirik, sonra uzununa doğrayırıq. Daha sonra qazana suyu və bütün lazım olan ərzaqları əlavə edib ocağın üzərinə qoyuruq. Doğradığımız bibərləri isə ən sonda qazana əlavə edib qoyuruq bişməyə. Tez-tez nəzarət etməliyik ki, bibərlər əriməsin. Bir azca yumşalanda qazanı ocaqdan götürürük. Bankalara doldurub qaynamağa qoyuruq. Qazanda su qaynamağa başladıqdan sonra saata baxırıq və 40 dəqiqə sonra bankaları götürürük. Qapaqlarını bağlayıb 1 gün tərs çevirib saxlayırıq. Sonra qış üçün sərin yerdə durmalıdır.
Nuş olsun!
Oxşar yazılar

Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04
Sabah iki rayonun qazı kəsiləcək
2 iyul 2025 , 15:50