
Azərbaycanlı müğənniyə 35 min manat “atdılar”
Müğənni Rahidə Baxışovanın evində usta işləyən şəxs ona qarşı dələduzluq edib.
Lent.az-ın axşam.az-a istinadən xəbərinə görə, bir neçə ay əvvəl müğənninin evində təmir işləri aparmağa söz verən usta ondan 35 min manat pul alıb. Lakin o, sonradan telefon zənglərinə cavab verməyib.
Müğənni ustadan polisə şikayət edib.
Rahidə Baxışova “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib:
“Hadisə 5 ay bundan əvvəl olub. Həmin tikinti şirkətini bir müğənninin səhifəsində gördüm, reklam edirdi. Mən də evimi təmir etmək istəyirdim, onlarla razılaşdıq. Amma başıma bu hadisə gələndən sonra öyrəndim ki, şirkət bir çox insana qarşı bu əməli edib. Şirkətə 5 aydır ki, zəng edirəm. Bu gün-sabah deyib vaxtı uzadırlar. Demək olar ki, bir adam oturaraq şirkət qurub, bu cür işlərlə məşğul olur. Heç kəs pulu havadan qazanmır. Mən uşaqlarımın boğazından kəsib evimi təmir etmək istəyirdim. Bu mövzunu çox qabartmaq istəmirəm, Əgər belə bir niyyətim olsaydı, həmin şirkət barədə instaqram səhifəmdə paylaşım edərdim”.
Oxşar yazılar

Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51
Britni Spirs özü haqqında filmin çəkilişlərini dayandırdı: Nə baş verib?
15 iyul 2025 , 13:05
Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32