Abşeronun bu ərazilərində qaz olmayacaq - <span style="color:red;">SƏBƏB
16 avqust 2019 10:35 (UTC +04:00)

Abşeronun bu ərazilərində qaz olmayacaq - SƏBƏB

Abşeron rayonu Ceyranbatan, Saray, Müşviqabad, 28 may qəsəbələri, Çayli-Qobustan yaşayış massivi, eləcə də Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək qəsəbələri və Qaçqınlar şəhərciyində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Lent.az-a verilən məlumatda bildirilib ki, qaz təchizatı bu gün saat 09:00-dan dayandırılıb və işlər başa çatanadək olmayacaq.

Bu müddət ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin bir hissəsinin dayaqlar üzərinə qaldırılması işləri aparılacaq.

Eyni zamanda, bu gün saat 10:00-dan orta təzyiqli qaz xəttində aşkar olunan qaz sızmalarının ləğvi ilə əlaqədar Abşeron rayonunun Xırdalan şəhəri, “Mexkalon” adlanan yaşayış massivində bir qrup istehlakçının qaz təchizatı dayandırılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 827

Oxşar yazılar