Əncir mürəbbəsini belə hazırlayın - <span style="color:red;">Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
15 avqust 2019 18:31 (UTC +04:00)

Əncir mürəbbəsini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Bizim Mətbəxdən” adı ilə məşhur olan səhifəyə istinadla əncir mürəbbəsinin resepti ilə tanış edəcəyik.
 
Tərkibi:
 
Əncir 4 kq, şəkər tozu 3.kq 200 qram, su 4 st
 
Hazırlanma qaydası:
 
Əncirləri yuyuruq, qabığını nazik soyub ləyənə yığırıq. Sonra ənciri bişirmək üçün şəkər tozunu əlavə edib şirəni hazırlayırıq. Şirə hazır olduqda əncirləri şirəyə töküb taxta qaşıqla meyvənin yerini dəyişirik ki, meyvələr hamısı şirə ilə qarışsın. Daha sonra ocağa qoyub qaynadırıq. Üzərinə yığılmış köpükləri təmizləyib ocaqdan götürürük. Əncir gec bişdiyi üçün şirədə saxlayıb, yenidən bişirməyə davam edirik. Bir saat yarımdan çox bişiririk və yoxlayırıq, əgər hazırdırsa, ocaqdan götürüb bankalara yığırıq.
 
Nuş olsun! 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7062

Oxşar yazılar