
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq etdi
ABŞ Ticarət Nazirliyi Ermənistan da daxil olmaqla bir neçə ölkənin özəl qurumlarına sanksiya tətbiq edib.
APA-nın məlumatına görə, Ermənistanda fəaliyyət göstərən "Markel" və "Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" qapalı səhmdar cəmiyyətləri də sanksiya siyahısına daxil edilib.
"Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" QSC Ticarət Nəzarət Siyahısına daxil olan maddələri ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Departamentinin lisenziyası olmadan əldə edərək ixrac edib. Eyni anda həm "Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" QSC-nin icraçı direktoru, həm də "Markel" QSC-nin prezidenti olan şəxs sanksiyalar siyahısında olan İran təşkilatı ilə işgüzar münasibətlər qurub", - deyə sənəddə qeyd olunur.
Ümumilikdə, ABŞ Ticarət Nazirliyi "milli təhlükəsizliyə və ya xarici siyasət maraqlarına zidd hərəkət edən" 17 müəssisəyə sanksiya tətbiq edib.
Bu müəssisələr Ermənistan, Belçika, Kanada, Çin, Gürcüstan, Honkonq, Malayziya, Niderland, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyada yerləşir.
Oxşar yazılar

İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04