Bayram günlərində Bakıda külli miqdarda yararsız ət aşkar olunub - <span style="color:red;">RƏSMİ
13 avqust 2019 17:25 (UTC +04:00)

Bayram günlərində Bakıda külli miqdarda yararsız ət aşkar olunub - RƏSMİ

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının birgə keçirdiyi monitorinq zamanı Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən heyvan kəsimi müəssisəsində 851 kiloqram baytarlıq-sanitariya qaydalarına uyğun olmayan şəkildə saxlanılan, istifadəyə yararsız ət aşkar olunub.
 
AQTA-dan Lent.az-a verilən məlumata görə, müəssisənin heyvan kəsimi və soyuducu sahəsinə baxış zamanı 851 kiloqram heyvan cəmdəyində şübhə doğuran əlamətlər müəyyən edilib. Müəssisədə heyvan kəsimi dayandırılıb və ət satışına məhdudiyyət qoyulub.
 
Heyvan cəmdəyindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.
 
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721

Oxşar yazılar