Sabah leysan yağacaq, dolu düşəcək - PROQNOZ
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq. ETSN-dən Lent.az -a verilən məlumata görə, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
	Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti, Bakıda gecə 22-24° isti, gündüz 29-31° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
	Abşeron çimərliklərində gözlənilən hava şəraiti isə mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu:
	Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-25° isti təşkil edəcək.
	Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti,
	dağlarda gecə 14-19° isti, gündüz 21-26° isti təşkil edəcək.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0