 
                            
                        Putin müsəlmanları təbrik etdi
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsində yaşayan müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib. Lent.az Rusiya mətbuatına istinadən bildirir ki, Prezident onlara sülh, xoşbəxtlik və firavanlıq arzulayıb.
	Təbrik məktubunda deyilir:
	“Bu bayram insanlar arasında birlik, sevgi, mehribanlıq və mərhəmət dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0
                                        
                                     
                