Azərbaycanda aparılan sosial xarakterli islahatlar xalqa xidmət edir
10 avqust 2019 16:21 (UTC +04:00)

Azərbaycanda aparılan sosial xarakterli islahatlar xalqa xidmət edir

Azərbaycan dövlətinin apardığı sosial siyasət bütövlükdə ölkə əhalisinin rifah halının yüksəldilməsi, firavan yaşayışının təmin edilməsinə yönəlib.
İllərdir həyata keçirilən məqsədyönlü islahatlar, ardıcıl sosial-iqtisadi siyasət artıq öz bəhrəsini verir.
 
2019-cu ilin əvvəlindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi və problemlərinin həlli məqsədilə həyata keçirilən tədbirlər bir daha göstərir ki, Azərbaycan dövləti qarşıya qoyduğu məqsədə - hədəfə doğru gedir.  
 
Lent.az  Prezident İlham Əliyev tərəfindən son illərdə, xüsusilə də 2019-cu ildə həyata keçirilən, əhalinin rifah halının yüksəldilməsinə hesablanmış sosial-iqtisadi islahatlarla bağlı millət vəkillərinin, ziyalıların münasibətini öyrənib.
 
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov  açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına hədəflənmiş siyasəti 2019-cu ildə də davam etdirilib. 
 
Prezident İlham Əliyevin həyata keçirdiyi işlərin, yürütdüyü siyasətin əsasında Azərbaycan insanının dayandığını deyən alim insanların rahatlığının, eyni zamanda dövlət-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasında, dövlət qurumlarının və müxtəlif xidmətlərin əlçatlanlığı istiqamətində 2019-cu ildə də xeyli işlər görüldüyünü vurğulayıb.
 
Bütövlükdə son illərdə Azərbaycan vətəndaşlarının rahatlığını təmin etmək üçün görülən işlərə toxunan İ.Orucov Azərbaycanın milli brendi olan “ASAN xidmət” şəbəkəsinin fəaliyyətini xüsusi vurğulayıb: 
 
“Son illərdə Azərbaycanın regionlarını əhatə edən “ASAN xidmət” mərkəzləri təşkil olunub və proses davam etdirilir. Məqsəd Azərbaycan vətəndaşları üçün dövlət xidmətlərini əlçatan etməkdir. Bu istiqamətdə “DOST” mərkəzlərinin yaradılmasını xüsusi vurğulamaq lazımdır. Kiçik və orta sahibkarlığın dəstəklənməsinə xidmət edən agentliyin yaradılmasını vurğulamaq olar.  Xidmət vasitəsilə hüquqi yardımın göstərilməsi, dövlət tərəfindən iş adamları üçün münbit şəraitin yaradılmasının mahiyyətində Azərbaycan insanlarının məşğulluğunun təmin olunması, yeni iş yerlərinin yaradılması dayanır. 2019-cu ildə Azərbaycanın dövlət büdcəsi yenə də sosialyönümlü oldu. Büdcə təşkilatlarında çalışan əhalinin əmək haqqlarında çox cddi artımlar oldu. Bunları bir sözlə ifadə etsək, sosial inqilab adlandıra bilərik ki, Prezident İlham Əliyev bunu reallaşdırdı.  
 
Əmək haqqları, təqaüdlər, əmək pensiyalarında ciddi artımlar oldu. Tələbələrin, magistr və doktorantların, eyni zamanda kollec tələblərinin təqaüdlərində artım oldu. Prezidentin bu istiqamətdə imzaladığı sərəncamlar sosialyönümlü idi. Son illərdə iqtisadiyyatın şaxələndirilməsi prosesi xeyli genişləndirilmişdi və büdcənin neft amilindən asılılığının aradan qaldırılmasının nəticəsi olaraq iqtisadiyyatın müxtəlif sahələri inkişaf etdirildi. Ölkəyə ciddi kapital axını oldu və bunun nəticəsi olaraq Azərbaycanda həm müxtəlif sahələrdə ciddi işlər görülür, eyni zamanda ölkə başçısı xüsusilə insanların məvaciblərinin artırılması üçün əsaslı addımlar atır. Yaşlı, fiziki cəhətdən problemi olan insanların təqaüdlərinin yüksəldilməsi, daha çox sosial müdafiəyə ehtiyacı olan təbəqinin təqaüdlərinin artırılıması istiqamətində işlər aparıldı. Xüsusilə şəhid ailələri üçün müavinətlərin verilməsi doğma yurd-yuvalarından didərgin düşən insanların yaşayış şəraitinin yaxşılaşdırılamsı istiqamətində görülən işlər - yeni mənzillərin tikilib insanlara verilməsi ciddi addım idi. Bütün bunlar onu göstərir ki, ölkə başçısının həyata keçirdiyi siyasət yalnız Azərbaycan insanını hədəfə alaraq aparılır”.  
 
Dövlət büdcəsinin ildən-ilə daha da yüksələcəyini və aparılan işlərin davam etdiriləcəyini vurğulayan cəmiyyət sədri görülən işləri yalnız əmək haqqlarının artırılması, binaların tikilməsi və s. ilə çərçivələməyin doğru olmadığını bildirib. Son illərdə məktəb tikintisi, təmiri üçün kifayət qədər vəsait ayrıldığını və bu istiqamətdə işlərin davam etdirildiyini deyən İ.Orucov bütövlükdə təhsil infrastrukturunun dəyişdirildiyini xatırladıb.
 
“2019-cu ildə də regionların inkişaf etdirilməsi istiqamətində çox ciddi işlər görüldü. Ümumiyyətlə sovet dövründə 70 il yol çəkilməyən, elektriklə təmin olunmayan hər ucqar məntəqəyə müasir yollar çəkilib, körpülər, məktəblər tikilib”- deyən İ.Orucov bütün bu işlərin böyük kapital tələb etdiyini bildirib:
“Həyata keçirilən sosial-iqtisadi islahatlar çoxşaxəlidir. Məsələn, ucqar rayonlara yol çəkilməklə turizmin inkişafı, əhalinin rayon mərkəzi, paytaxtla əlaqəsi yaxşılaşdırılır. Əhalinin yaşadığı kəndlərin qazlaşdırılması, elektrik təchizatının gücləndirilməsi istiqamətində ciddi işlər görülür.
 
Azərbaycanda biznes mühitinin yaxşılaşdırlması istiqamətində aparılan işlər xüsusi vurğulanmalıdır. Biznez mühiti birbaşa iqtisadiyyatla bağlı olsa da, yekunda ölkənin sosial inkişafına gətirir. Azərbaycanda keçirilən islahatlarla bağlı qiyməti sadəcə, söz xətrinə demirik. Bunlar beynəlxalq təşkilatların, ölkələrin inkişafını qiymətləndirən qurumların hesabatlarında əksini tapır. Ölkə başçısının sonuncu müşavirədə qeyd etdiyi kimi, Azərbaycan biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi uğurlar əldə edib. Bu sahədə 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. Bu qısa müddətdə ciddi uğurdur”.
 
Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində kifayət qədər modern dünya təcrübəsinin öyrənildiyini və qanunvericiliyimizin ən mükəmməl formada işləndiyini dilə gətirən fəlsəfə doktoru görülən bütün işlərin Azərbaycanın doğru yolda olduğunu göstərdiyini bildirib: 
“Dövlətimizin rəhbəri daim Azərbaycan insanını düşünür. Növbəti illərdə Azərbaycan xalqı dünyanın ən firavan ölkəsinə çevriləcək. Bu istiqamətdə işlər aparılır. Ortaya qoyulan güclü iradə, həyata keçirilən siyəsət və nəticə deməyə əsas verir ki, Azərbaycan doğru yol seçib.  
 
Məsələn, aqrar sahənin inkişaf etdirilməsi, rayonlarda yaşayanların məşğulluğunun təmin olunması isqtiqamətində görülən işləri qeyd etmək olar. Prezident İlham Əliyevin sonuncu - milli kadr bankının formalaşdırılması ilə bağlı sərəncamına toxunmaq istəyirəm. Bu bank gələcəkdə kadr seçimi üçün unikal bir sistem olacaq”.
 
O qeyd edib ki,  Azərbaycan təkcə regionda deyil, bütün dünyada qürurlana biləcəyi bir milli dövlətin, imicin formalaşması ilə haqlı olaraq sevinir və qürur duyur.
 
Milli Məclisin üzvü Elman Nəsirov isə keçən ilki prezident seçkilərindən sonra dövlət başçısının ölkədə həyata keçirilən islahatların daha da dərinləşməsi siyasətinin davam etdiriləcəyi ilə bağlı dediyi sözləri xatırladıb: 
 
“Aprel ayının 18-də Milli Məclisdə baş tutan andiçmə mərasimində prezident bir daha vurğuladı ki, Azərbaycanda hərtərəfli islahatlar paketi qəbul ediləcək və həyata keçiriləcək. Hər zaman olduğu kimi, prezident İlham Əliyev verdiyi sözün üzərində dayanır. Hadisələrin sonrakı gedişatı göstərdi ki, həqiqətən də Azərbaycan çox ciddi islahatlar həyata keçirməyə başlayıb. Bu siyasətin başlanğıcını ulu öndər Heydər Əliyev qoyub. Prezident İlham Əliyev də hər zaman aparılan siyasətin Heydər Əliyev siyasi kursunun dvamı olduğunu vurğulayır”.
 
Prezident İlham Əliyevin bu ilin başlanğıcında verdiyi ilk sərəncamlara toxunan  deputat həmin sərəncamların ölkədə vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasının əsas hədəf olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətində artıq yeni mərhələ başlayıb: 
 
“Yeni mərhələ Azərbaycanın daha da güclənməsi, iqtisadi imkanlarının genişlənməsi ilə bağlıdır. Bu imkanlar genişçləndikcə sosialyönümlü məsələlərin həlli üçün yeni imkanlar yaranır.
 
Bu nöqteyi-nəzərdən ilin əvvəlindən həyata kçirilən birinci sosial paket əhalinin çox geniş kateqioriyasından olan insanların sosial rifahının yaxşılaşdırılmasına gətirib çıxardı. Bunun sayəsində xüsusi kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Eyni zamanda minumum amək haqqı, pensiya yüksəldi. İkinci sosial paket qəbul olunduqdan sonra islahatlar sayəsində minumum əmək haqqı 250, pensiya isə 200 manat olub. 4,2 milyon insan birbaşa öz üzərində bu islahatların nəticəsini hiss edir. Birinci paket islahatları üçün dövlət büdcəsindən 1,6 milyard manat vəsait ayrılmışdı. İkinci paketlə birlikdə bu vəsaitin həcmi 3 milyard dollara çatıb. Gələn ildən isə eyni məqsədlə ayrılan vəsaitin həcminin 3 milyard manata çatdırılması proqnozlaşdırılır. Bu addımlar Azərbaycan vətəndaşınının özünə layiqli həyat şəraiti təmin etməsi üçün atılır. Azərbaycan MDB məkanında alıcılıq qabiliyyəti indeksinə görə indiki minumum əmək haqqı ilə ikinci yerdədir. Pensiyaya görə isə MDB məkanında alıcılıq qabiliyyətinə görə birinci yerdəyik. Bunlar doğrudan da ciddi uğulardır. Dünya Bankının hesabatında Azərbaycan dünyada ən çox islahatlar aparan 10 ölkə sırasında göstərilib. Xüsusilə biznes mühitinin yaradılması şəraitinə görə 25-ci mövqeyə yüksəlmişik. İnkuliziv inkişafa görə Azərbaycan 80 inkişaf etməkdə olan ölkə arasında 3 yerdədir”.
 
Prezident İlham Əliyevin rəhbərliyi altında konkret hədəflərin müəyyən edildiyini və  həmin istiqamətdə sistemli siyasətin həyata keçirildiyini deyən E.Nəsirov son 6 ayın sosial-iqtisadi nəticələrini xatırladıb: 
 
“Son keçirlən müşvirədə bir daha vurğulandı ki, aparılan islahatların məntiqi nəticəsi olaraq son 6 ərzində iqtisadiyyatda 2,4 faiz artım qeydə alınıb. Xüsusilə qeyri-neft sahəsinə olan 15,7 faizlik artım rekord nəticədir. Azərbaycanın iqtisadiyyatına son 6 ay ərzində 6 miyard dollar investitsiya qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Son 6 ayda Azərbaycanın valyuta ehtiyatları 4 milyard dollar artaraq 49 milyard dollara çatıb. Azərbaycan dünyada xarici borcun səviyyəsinə görə ən yaxşı iqtisadi göstəricilərə malik ölkələr sırasındadır.
Ümumdaxili məhsulumuzda xarici borc əmsalı 9 fazi təşkil edir. Amma elə ölkələr var ki, bu 50-100 faizə bərabərdir. Bu gün Azərbaycanın iqtisadi imkanları xarici borcunu tam ödəyə biləcək səviyyədədir”.
 
Digər sahələrdə həyata keçirilən islahatlara toxunan millət vəkili məqsədin Azərbaycan xalqının ləyaqətli həyat şəraitinin təmin olunması olduğunu vurğulayıb: 
 
“Təəssüf ki, öz içimizdə olan bəzi ünsürlər, eyni zamda onları xaricdən maliyyələşdirən yiyələri Azərbaycandakı pozitiv dəyişiklikləri həzm edə bilmir, ənənəvi silahları olan qaragürüh, gözdən salmaq, təhrif etmək silahını işə salırlar. Onlar heç bir halda müsəlman ölkəsi olan Azərbaycanın bu cür inkişafını qəbul edə bilmirlər. Ona görə cürbəcür qarayaxma kampaniyalarına yer verirlər. Xalqımız bu əmin-amanlığa  qənim kəsilən qüvvələrin fəallaşdığını görəndə öz dövləti ətrafında daha sıx birləşir. Xüsusilə gənclərimizin bu sahədəki fəallığını yüksək qiymətləndirirəm”.
 
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  də ölkə başçısı tərəfindən həyata keçirilən çoxşaxəli islahatlarla bağlı münasibət bildirib. O, görülən bütün işlərin vətəndaş amilinə söykəndiyini deyib:
 
“Vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması iqtiqamətində kifayət qədər uğurlu işlər reallaşıb. Bu ilin əvvəlindən prezident İlham Əliyevin imzaladığı onlarla sərəncam əhalinin müxtəlif təbəqələrinin əmək haqqlarının artımı və həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Ümumiyyətlə, Azərbaycanın dövlət büdcəsi sosialyönəmlüdür. Görülən işləri sosial sahədə inqilabi addımlar hesab etmək olar və bu işlər birmənalı şəkildə davamlı və sistemli xarakter alıb. Bundan sonra da belə olacaq. Bütövlükdə aparılan siyasətin ana xəttində vətəndaş amili dayanır. Bütün bunlar əhali tərəfindən də yüksək qiymətləndirilir. Müsbətə doğru atılan bütün addımlar - yeni obyektlər, yol infrastrukturu və s. vətəndaşlarımızın rahat həyat şəratinin yaxşılşmasına hədəflənib”.
 
Millət vəkili Jalə Əliyeva sadəcə son 6 ayda deyil, Azərbaycanın son illərdə keçdiyi inkişaf yoluna və həyata keçirilən dövlət siyasətinə nəzər salıb: 
 
“Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan dövləti hər bir vətəndaşının bu gününü, gələcəyini düşünən, onlara daha yaxşı həyatın təmin edilməsinə yönələn siyasət həyata keçirir. Bunu sadəcə ölkə vətəndaşları demir. Bu gün bütün bölgədə və dünyada Azərbaycan apardığı siyasəti ilə tanınır, qəbul  və təqdir edilir. Azərbaycan modeli dünya ölkələri üçün əhəmiyyətli model kimi nəzərdən keçirilir. Azərbaycanda yaradılan “ASAN xidmət”, “DOST” mərkəzləri haqqında xüsusilə danışmaq lazımdır. Bu xidmətlər özlüyündə yenə də sosial inkişafa, insanların rahat həyatına isiqamətlənmiş layihələrdir. Son illərdə həyata keçirlən proqramlar çərçivəsində bu gün Azərbaycanın infrastrukturu tamamilə dəyişdirilib. Ən ucqar kəndlərimizdə qaz, işıq, su, yol, məktəb, xəstəxana, baxça problemi həll olunub ki, bunların da hər birinin arxasında vətəndaşın gündəlik həyatı, onların problemlərinin həlli dayanır”.
 
Son 6 ayda həyata keçirilən islahatlara gəlincə millət vəkili bildirib ki, bunlar həcm etibarilə ölçüyəgəlməz işlərdir: 
 
“Yanvar ayından başlayaraq imzalanan sərəncamlar, qərarlar sayəsində Azərbaycanda diqqətdən, qayğıdan yararlanmayan heç bir təbəqə qalmayıb. “Görünən kəndin bələdçisi olmaz”, deyirlər. Sadəcə gündəlik sərəncam və fərmanları izləyən hər bir diqqətli vətəndaş nəticə çıxara bilər ki, onun ölkəsi, dövləti öz vətəndaşını nə dərəcədə düşünür. Ölkə başçısı İlham Əliyev Azərbaycanda ən əhəmiyyətli amilin insan kapitalı olduğunu dəfələrlə deyib. O, həyata keçirilən işlərin hamısını Azərbaycan vətəndaşının mənafeyi naminə edir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1376

Oxşar yazılar