Rusiyanın məşhur pianoçusu Bakıda konsert verəcək
09 avqust 2019 15:59 (UTC +04:00)

Rusiyanın məşhur pianoçusu Bakıda konsert verəcək

Rusiyanın məşhur pianoçusu, beynəlxalq müsabiqələr laureatı Filip Kopaçevski Bakıda konsert proqramı ilə çıxış edəcək.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsert proqramı Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək.
 
İfaçı konsertdə dahi bəstəkarlar Frederik Şopen, İohannes Brams, Edvard Qriq və Qriqori Qinzburqun əsərlərini səsləndirəcək.
 
Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
 
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.
# 1681
avatar

Oxşar yazılar