
Dağıstanda Ramzan Kadırova etiraz etdilər - SƏBƏB
Çeçenistanın rəhbəri Ramzan Kadırovun Şeyx Şamil haqda səsləndirdiyi fikirlər Dağıstanda narazılığa səbəb olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sosial şəbəkələrdə 30-a yaxın Mahaçqala sakininin Avar teatrı yaxınlığında meydana çıxmasını özündə əks etdirən görüntülər yayılıb.
Mahaçqala sakinləri R. Kadırovun fikirlərinə etiraz olaraq meydana yığışıblar.
Sakinlər sahə müvəkkili ilə söhbətdən sonra dağılışıblar.
Qeyd edək ki, R. Kadırov “Çeçenistan bu gün” nəşrinə müsahibəsində Şeyx Şamilin XIX əsrdə apardığı mübarizənin çeçen xalqının sayının azalmasına gətirib çıxardığını bildirib. R. Kadırovun məlum açıqlamasından sonra Mahaçqalanın meri Salman Dadayev və idmançı Həbib Nurməhəmmədov ona etiraz ediblər.
Qeyd edək ki, Şeyx Şamil XIX əsrdə çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparıb.
Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi
18 iyul 2025 , 05:38
"Uber" pilotsuz taksilərə keçir
18 iyul 2025 , 03:23