
"Neftçi" Avropa Liqasında "Bney Yehuda"nı qəbul edəcək
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
APA-nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Neftçi” də növbəti sınağına çıxacaq.
Ölkəmizin ən titullu klubu İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq. Bakı təmsilçisi ilk görüşü evdə keçirəcək.
Əvvəlki iki mərhələdə Moldovanın “Speranta” (3:0, 6:0) və Rusiyanın “Arsenal” (1:0, 3:0) klublarını quru hesablı məğlubiyyətlərə uğradan Roberto Bordinin yetirmələri Azərbaycan futbol tarixinə mütləq rekordçu kimi düşməyə çalışacaq. Həm ardıcıl qələbə, həm də quru oyunlar sayında ölkə rekordunu təkrarlayan “ağ-qaralar” 5-ə çatacağı göstəricidə mütləq nailiyyət əldə edəcək.
“Bakcell Arena”da keçirdiyi mövsümün hər iki qarşılaşmasında rəqibini darmadağın edən “Neftçi” növbəti böyükhesablı qələbəyə köklənib. Paytaxt futbolçuları özlərinə məxsus olan bu göstəricidəki rekordu da yeniləmək əzmindədir.
7 ildən sonra yenidən qrup mərhələsində oynamağa əlverişli imkan qazanan bakılılar İsrailə rahat yollanmaq üçün sərfəli nəticə əldə etməyə borcludur. R.Bordinin komandasını pley-offda “Malmo” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi gözlədiyindən “Bney Yehuda” səddini aşmaq qrup perspektivini artıracaq.
Qeyd edək ki, “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Bney Yehuda” matçı saat 21:00-da başlayacaq.
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
8 avqust
21:00. "Neftçi" – "Bney Yehuda" (İsrail)
Baş hakim: Kərim Abed
Baş hakimin köməkçiləri: Hiçam Zakrani, Mikael Berçebru
Dördüncü hakim: Floran Batta (hamısı Fransa)
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)
Hakim-inspektor: Kyell Alset (Norveç)
Bakı. "Bakcell Arena” stadionu
Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
14 iyul 2025 , 01:26