
Rusiya və Türkiyə arasında viza rejimi qismən ləğv edilir
Bu gündən etibarən Türkiyə ilə Rusiya arasında viza rejiminin qismən qaldırılması ilə bağlı qərar qüvvəyə minir.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, iki ölkə arasında viza məsləhətləşmələri çərçivəsində xidməti və xüsusi pasport sahiblərinə qarşılıqlı olaraq viza azadlığı verilib. Hər iki ölkənin xidməti və xüsusi pasport sahib vətəndaşları Rusiya və Türkiyəyə sərbəst səfər edə biləcəklər.
Eləcə də, beynəlxalq daşımaları həyata keçirən sürücülərə qarşılıqlı əsaslarla viza azadlığı veriləcək.
Qeyd edək ki, 12 may 2010-cu ildə Rusiya ilə Türkiyə arasında vizadan azad edilmə haqqında saziş imzalanıb. Sazişin müddəalarından bir qismi avqustun 7-dən qüvvəyə minir.
Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14