
İcma sədri: "Pan-erməni oyunları" ilə bağlı bəyanat beynəlxalq təşkilatlara göndərilib"
"Biz Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması olaraq Nikol Paşinyanın bəyanatını kəskin şəkildə pisləyirik. Bu, Ermənistanın təcavüzkar siyasətini bir daha ortaya qoydu".
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən "Pan-Ermənistan oyunları" ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin oyunların işğal edilmiş Azərbaycan ərazilərində etnik təmizlik aparıldıqdan sonra keçirilməsi qəbuledilməzdir: "Belə oyunlar sülhə xidmət etməlidir. Yalnız Azərbaycanlı icma öz ərazilərinə qayıdacağı təqdirdə belə oyunlar keçirilə bilər. Belə oyunların beynəlxalq hüquq baxımından heç bir əsası yoxdur və beynəlxalq hüquqa ziddir".
T. Gəncəliyev qeyd edib ki, icmanın oyunlarla bağlı bəyanatı artıq beynəlxalq təşkilatlara göndərilib.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13