276
09:00
07 Avqust 2019

Çinin şərq sahillərinə doğru güclü qasırğa yaxınlaşır

Çinin şərq əyaləti Çjeszyana bu mövsümdə 9-cu tropik qasırğa – “Lekima” yaxınlaşır.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, qasırğanın episentri əyalətin sahillərinə avqustun 9-dan 10-na keçən gecə çatacaq.

Hazırda qasırğa Syanşan bölgəsindən 1200 km cənub-şərqdə yerləşir. Tropik cərəyan isə 16 km/saat sürətilə şimal-qərb istiqamətində hərəkət edir. Tayfun bütün gücünü toplayır və yaxın vaxtlarda supertayfuna çevrilə bilər.

Hazırda qasırğanın mərkəzində küləyin sürəti 126 km/saata bərabərdir. Onun sahilə çatanda sürətinin 162 km/saata çatacağı gözlənilir.