Türkiyənin Mərsin vilayətindən olan 105 yaşlı Fikriyə Çam Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Dini İşlər üzrə İdarəsinin rəhbəri Əli Erbaş 105 yaşlı qadın zəvvarla görüşüb.
O bildirib ki, bu yaşda ananın Həcc arzusunu yerinə yetirməsi böyük xoşbəxtlikdir: “Demək ki, sevgi olarsa, uzaq ellər də yaxın olur”.
Ən yaşlı hacı namizədi F.Çam isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dua edərək müqəddəs torpaqlara gəlməsini onun təmin etdiyini deyib.
Həccə ilk dəfə gəldiyini deyən Fikriyə xanım Kəbənin tavafı ayinini icra edərkən çətinlik çəkmədiyini vurğulayıb.