Bu il Türkiyədən Həcc ziyarəti üçün Məkkəyə gedən zəvvarlardan 21 nəfəri dünyasını dəyişib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Məkkədə yerləşən xəstəxanasının baş həkimi, professor Mehmet Rıdvan Yalçın açıqlama verib.
Vəfat edənlərin yarısının infarktdan öldüyünü deyən həkim onların daha çox 60-70 yaş qrupu arasında olduğunu açıqlayıb.