Toyda zəhərlənən 89 nəfərlə bağlı <span style="color:red;">YENİ XƏBƏR
06 avqust 2019 11:39 (UTC +04:00)

Toyda zəhərlənən 89 nəfərlə bağlı YENİ XƏBƏR

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon Xəstəxanasına (MRX) və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 89 nəfər olub.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müraciət edənlərdən 19-u qadın, 8-i uşaq, qalanları isə kişilər olub:

"Zəhərlənmə ehtimalı ilə müraciət edənlərin hamısına Qəbələ MRX-da lazımı yardım edilib. Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Səhər saat 11 üçün isə artıq 1 nəfər qalıb.

Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar