
Kosmosa mobil rabitə şəbəkəsi buraxılacaq
ABŞ-ın “UbiquitiLink” startapı yerətrafı orbitdə min minipeykdən ibarət qruplaşma yerləşdirərək kosmosda mobil rabitə qüllələri yaratmaq niyyətindədir.
Lent.az "İctnews"a istinadla xəbər veirr ki, planetin genişzolaqlı internetə qoşulmasını nəzərdə tutan “SpaceX Starlink”, “OneWeb” və ya “Amazon Project Kuiper” aerokosmik layihələrindən fərqli olaraq bu startapın vəzifəsi Yer kürəsinin ən ucqar guşələrini mobil rabitə ilə təmin etməkdən ibarətdir.
Şirkətin həmtəsisçisi və rəhbəri Çarlz Millerin sözlərinə görə, “UbiquitiLink” şəbəkəsinə bütün mobil telefonlar birbaşa qoşularaq mahiyyət etibarilə peyk telefonlarına çevriləcək. Onlar siqnalı adi mobil telefonlar əhatə zonasından kənar olan yerlərdə qəbul edə biləcəklər. Bununla belə, mobil qurğulara dəyişikliklərin edilməsi tələb olunmayacaq.
Ç.Miller qeyd edib ki, “UbiquitiLink” layihəsi əhatə dairəsi geniş olan yerüstü baza stansiyalarına alternativ yox, onlara əlavədir. İdeya adi qüllələrin əhatə dairəsindən kənar olan kənd və ucqar regionları etibarlı rabitə əlaqəsi ilə təmin etməkdən ibarətdir. Onun qiymətləndirməsinə görə, dünyada 750 milyona yaxın mobil qurğu daimi internet qoşulmasından məhrumdur.
Siqnalın yerüstü qüllədən peykə yönəldilməsi vəzifəsi mobil rabitə operatorunun üzərinə düşəcək. Telefon baza stansiyasından ~35 km məsafə uzaqda olan zaman ondan ayrılaraq 500 km məsafədə uçan kosmik aparata qoşulacaq. Lakin “kosmos” rabitə xidmətlərinə görə əlavə ödəniş tələb olunacaq.
Sistemin sınağı üçün lazım olan avadanlığı bir müddət əvvəl “SpaceX Falcon 9” raketdaşıyıcısı Beynəlxalq Kosmik Stansiyanın göyərtəsinə çatdırıb. “UbiquitiLink” peykinin prototipinin testi bu həftəyə planlaşdırılır. Əvvəlcə aparatın “2G”, daha sonra “LTE” şəbəkələrində sınağı nəzərdə tutulur.
Oxşar yazılar

Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49