Məşhur aktyorun qızı dəhşətli qəza keçirdi-<span style="color:red;">FOTO
05 avqust 2019 16:13 (UTC +04:00)

Məşhur aktyorun qızı dəhşətli qəza keçirdi-FOTO

Türkiyənin mərhum aktyoru Kamal Sunalın qızı Ezo Sunal qəza keçirib.
 
Lent.az-ın məlumatına görə, Ezo Sunal bu barədə “instagram” səhifəsində paylaşım edib.
 
Onun sözlərinə görə, Sunal olan qayıq başqa bir qayığa dəyib: “Dünən axşam dəhşətli qəza keçirdim. Hadisənin şokundan nə olduğunu tam dərk etməsəm də indi başa düşürəm ki, yaxşı qurtarmışam. Dostumuzun məclisindən qayıdırdıq, əhvalımız çox yaxşı idi, birdən mən oturduğum tərəfdən böyük bir qayıq, bizim qayığa dəydi. Pəncərənin şüşələri çilik-çilik oldu, üzümüzə-gözümüzə sıçradı. Qayıq aşdı və yanğın başladı, buna baxmayaraq heç bir yara da almadan sağ qaldıq. Həqiqətən böyük möcüzədir. Həyatımda ilk dəfədir bu qədər qorxdum”.
 
 
 
 
# 1011
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar