Həsən Ruhani və Cavad Zərif bu tarixdə Azərbaycana gələcək
05 avqust 2019 15:24 (UTC +04:00)

Həsən Ruhani və Cavad Zərif bu tarixdə Azərbaycana gələcək

 
 
İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər. 
 
Bu barədə APA-ya eksklüziv açıqlamasında Məhəmməd Cavad Zərif məlumat verib. 
 
Cavad Zərif bildirib ki, o, İran Prezidenti ilə birgə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə iştirak üçün Azərbaycana gələcək. 
 
“İran Azərbaycanla çox yüksək səviyyədə əlaqələrə sahibdir. Ölkəmiz Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə İran ən yüksək səviyyədə iştirak edəcək”, - iranlı nazir vurğulayıb.
 
Süleyman Fərzəliyev
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695

Oxşar yazılar