
"Bu, Türkiyənin xarici siyasətinin təməl prinsipidir" - Mövlud Çavuşoğlu
“Başda Dağlıq Qarabağ münaqişəsi olmaqla, daima qardaş Azərbaycanın yanında olacağıq”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin xaricdəki səfirlərinin XI Konfransında çıxışında deyib.
Nazir bildirib ki, Türkiyə irqi və dini ayrı-seçkiliyə qarşıdır və bu yolda mübarizəsini davam etdirir: “Bu gün türk diplomatiyası dünyada bir nömrədir. 31 səfirliyimiz aclıq və səfalətin hökm sürdüyü bölgələrdə fəaliyyət göstərir. Müharibələrin baş verdiyi regionlarda türk diplomatlar ağır şərtlər altında Türkiyəyə xidmət edirlər”.
M. Çavuşoğlu qeyd edib ki, güclü dövlətlərin güclü səfirlikləri olmalıdır: “ Bu baxımdan qarşıdakı bir neçə il çox əhəmiyyətlidir və Türkiyənin məqsədi ənənəvi diplomatiyanı inkişaf etdirməkdir. Hakimiyyətin qeyd-şərtsiz xalqın olması və “Yurdda sülh, cahanda sülh” Türkiyənin xarici siyasətinin təməl prinsipidir".
Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07