
Azərbaycan, Rusiya və İranın iqtisadiyyat nazirlərinin görüşəcəyi yer AÇIQLANDI
Azərbaycan və İran arasında ticarət dövriyyəsi son 6 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd bu gün azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşdən sonra deyib.
İki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini deyən F.Dejpəsən bildirib ki, İran və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlıq edir: “Həm dövlət, həm özəl sektorda müştərək investisiya layihələri, xüsusi ilə dəmir yolu layihələri həyata keçirilir. Azərbaycanda fəaliyyət göstərən İran şirkətlərinin sayı artıb. İki ölkənin enerji, bank və gömrük sahəsində əməkdaşlığı davam edir”.
İranlı nazir bildirib ki, Azərbaycan, Rusiya və İranın iqtisadiyyat nazirləri Soçidə görüşəcək.
“Bu ilin payızında azərbaycanlı həmkarımla növbəti görüşümüz olacaq. Həmin görüşdə müştərək avtomobil, dərman istehsalı, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıqla bağlı müzakirələrimiz olacaq”, - o əlavə edib.
Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24
"Kristal" Biləcəridə yeni mənzilləri satışa təqdim etdi - 2 otaq studiya mənzillər
25 iyun 2025 , 16:00